![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/drift_0.jpg?itok=fEbV_sX3)
Rusiyanın Vladivostok şəhərindən olan drifterlər ailəsi avtomobillə asfalta Marvelin superqəhrəmanlar komandasının iri loqotipini çəkiblər. Yekaterina və Maksim Sedıx bununla “Qisasçılar: Final” filminin yayımlanmasını qeyd ediblər. İdeyanı reallaşdırmaq üçün onlara 4 komplekt şin, 6 saat hazırlıq və 80 litr yanacaq lazım olub. Rusiyanın Şərq Seriyası Driftinin iki qat vitse-çempionu Yekaterina Sedıxın sözlərinə görə, o, Marvel kinematoqrafiya kainatının 11 illik tarixinin bir hissəsinə çevrilmək istəyib.
- Baxış: 812