Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 45 yaşlı Mehman İbrahimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 286 həb sayında və ümumi çəkisi 178.5 qram narkotik vasitə hesab edilən “Metodon” və bir ədəd soyuq silaha bənzər turist bıçaq olması müəyyən edilib.
Rauf Atakişiyev müstəntiq: Həmçinin saxlanılan şəxsin evinə baxış keçirilən zaman onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə narkotik vasitə hesab edilən “heroin”, digər ağacın dibində isə basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı və 2 ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə “metafetamin”nə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 1033