• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 16.05.2019 17:42

Bu ildən Azərbaycanda “Top səndə” devizi ilə basketbol çempionatı keçirilməyə başlanılıb

KepezTV Player

Bu məqsədlə bölgələrdə həm seminar, həm də seçim turları təşkil edilir. Növbəti belə seçim mərhələsi Göygöldə baş tutub.

Bakı və Cəlilabadan sonra qərb bölgəsində basketbolun 3x3 növü üzrə keçirilən seminarda iştirakçılara qaydalar izah olunub. Yerli Olimpiya idman kompleksində reallaşan seminarın ardınca komandalar arasında yarış təşkil edilib.  Mübarizələrdə 12 komanda qüvvəsini sınayıb.

10-14 yaşlı basketbolçuların yarışında həm qız, həm də oğlanlardan ibarət kollektivlər oynayıb. Seçim turunda Gəncə, Şəmkir, Şəki və Göygöl komandaları çıxış edib.

Respublika üzrə iyul ayınadək davam edəcək seçim turlarında qalib gələn komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.  Yekunda çempion olan kollektivin üzvləri Türkiyənin Fənərbaxça klubunun basketbolçusu Sinan Gülərin İstanbulda keçirəcəyi peşəkar təlimlərdə iştirak edəcəklər.

Orxan Cəfərzadə