KepezTV Player
Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi avtomobil yollarında təhlükəsizlik sədlərinin təmirinə başlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun paytaxtın Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Sürücülərdən sözügedən yolda hərəkət edərkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
- Baxış: 649