YouTube video bloqeri Bug Bmx 1974-cü ildə klassik Volkswagen Beetle-in qoşqunu necə çəkdiyini göstərən videonun təkrarını hazırlamağa qərar verib. Bunun üçün o, müasir 1,9 litrlik dizel motoru olan “Böcək” avtomobilindən istifadə edib. Treyleri dartıb aparması üçün Bug Bmx maşının damında xüsusi bərkitmə işləri görüb. Dəyişilməz qalan motor 90 at gücündədir. Belədə kiçik maşın 100 kilometri 14,4 saniyəyə yığır. Ümumi çəki isə 1270 kiloqrama bərabərdir.
- Baxış: 549