• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 10.05.2019 11:50

Ulu öndərin xatirəsini məcburi köçkünlər də anıb

KepezTV Player

Kəlbəcərdən olan məcburi köçkünlər tərəfindən də ulu öndərin xatirəsi anılıb, Heydər Əliyevin abidəsi ziyarət edilib. Tarixi şəxsiyyətin hakimiyyəti illərində Azərbaycançılıq idealogiyasının formalaşması, intibah dövrünə qədəm qoyulduğu, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlərin formalaşdığı önə çəkilib. Vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, daxili sabitliyin qorunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlik fəaliyyətinin bu gün də mütərəqqi formada, bərabərlik prinsiplərinə uyğun şəkildə davam etdirildiyi diqqətə çatdırılıb. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərin ideyalarının bundan sonra da yaşayacağına əminlik ifadə edilib.

 

Elnur Vahidoğlu