![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/land-rover-defender.jpg?itok=5CYhQb0Z)
Avstraliyanın Brisben şəhərinin sakini Brayan Recinald oğlu ilə birgə özünəməxsus Land Rover Defender offroudunu düzəldib. Hot Wheels oyuncaq maşını stilində ərsəyə gələn avtomobil 2 ilə hazırlanıb. Modelin komplektləşməsinə isə 15 il bundan qabaq start verilib. Yolsuzluq maşını 1985-ci ilin Land Rover Defender County modeli bazasında yığılıb. Onun pnevmatik asması və V8 motoru var. Kuzov isə floresan boya ilə rənglənib. Hot Wheels Land Rover Defender saatda 160-180 kilometr sürət yığa bilir. Onun düzəlməsinə təxminən 20 min dollar pul gedib.
- Baxış: 938