• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 10.05.2019 10:01

InSight Marsda Günəşin çıxması və batmasının şəklini çəkib

 

ABŞ Kosmik Agentliyinin (NASA) InSight kosmik aparatı Mars səthində Günəşin doğması və batmasının fotoşəkilini çəkib. InSight modulunun robotlaşdırılmış əli vasitəsilə alınan təsvirlər Qırmızı planetin görünüşünü, eləcə də Mars üçün səhər saat 5:30 və axşam saat 18:30 ekvivalentində baş verən Günəşin doğması və qürubunu nümayiş etdirir. Marsda Günəş Yerdəkindən təxminən 2/3 dəfə kiçik görünür, çünki ulduz Yerlə müqayisədə Marsdan daha uzaqdır. 2018-ci il noyabrın 26-da Mars səthinə uğurlu eniş edən ABŞ-ın InSight kosmik aparatının əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. InSight aparatının əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeydiyyata alınması üçün nəzərdə tutulan SEIS seysmometri, eləcə də HP3 elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda IDA robotlaşdırılmış əl yerləşdirəcək.

Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək.

Hazırda InSight Marsın daxili boşluğunun - onun qabığının, mantiya və nüvəsinin tədqiqi ilə məşğuldur.