Şəmkirin Qaracəmirli kəndi ərazisində rayon sakini Fuad Həşimovun idarə etdiyi “Qazel” markalı mikroavtobus qarşıdan gələn, həmyerlisi Vidadi Gülməmmədovun sürdüyü “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Zərbənin təsiri o qədər güclü olub ki, 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə gördüyünüz bu ərazidə baş verib. “Qazel” markalı mikroavtobusla “VAZ2107”-nin toqqşuması nəticəsində “VAZ2107”-də olan sürücü və sərnişinlər dünyasını dəyişib.
Ölənlər bir ailənin üzvləri - sürücü 53 yaşlı Vidadi Gülməmmədov, anası 74 yaşlı Sücayət Gülməmmədova və nəvəsi 3 yaşlı Ayxandır. Qəzada xəsarət alanlar isə mikroavtobusun sürücüsü və sərnişinləri – Mehriban, Zinyət və Qüdrət Gülməmmədovlar, Səadət Nəsibova, Günel Bayramova, Nərgiz Həmzəyeva, Dürdanə Süleymanova, Ruhiyyə Yəhyayeva və İradə Məmmədovadır. Müxtəlif bədən xəsarətləri alan yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkən 10 nəfərdən 1-nin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki tibb müəssisələrindən birinə göndərilib. Bir nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Həkimlər digər yaralıların həyati təhlükəsinin olmadığını bildirirlər.
Kamal Kərimov - həkim: 8 nəfər isə orta dərəcəli xəsarət alıb. Travmatologiya cərrahiyyə şöbəsinə yerləşdirilib onlarada lazımı yardım olunur. Demək olar ki, bu xsətələrdə həyatı təhlükə yoxdur.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. İstintaq aparılır. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Natiq Hüseyn
- Baxış: 2160