• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 02.05.2019 16:47

Göygöl və Hacıkənd meşələrinin mühafizəsi gücləndirilir

KepezTV Player

Məqsəd yaz-yay aylarında istirahət üçün insanların kütləvi şəkildə üz tutduqları bu ərazilərin çirklənməyə məruz qalmasının qarşısını almaqdır. İstirahət vaxtı yandırılan və nəzarətsiz buraxılan ocaqlarin yaratdığı yanğın təhlükəsi də diqqət yetiriləcək məqamlardandır.   

Bütün bu səbəblər nəzərə alınaraq, 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, Göygöl Meşə Mühafizəsi və Bərpası müəsisəsi ilə birgə, bu il ərazinin mühafizəsinə xüsusi diqqət yetirəcəklər. Bunun üçün ekoloqlar müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırırlar. Bu tədbirlər sırasında meşə ətrafı yaşayan sakinlərlə və istirahətə gələn vətəndaşlarla marifləndirici söhbətlər əsas yer tutur.

Natiq Bayramov 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdiri:  Bilirsiz ən gözəl mühafizə insanları bu yöndə marifləndirməkdir. Onlara təbiyyətin, yaşıllıqların önəmini, vacibliyini və digər faydalarını aşılamaq lazımdır.  Bəzə insanlar təbiyyətə qarşı laqeyid münasibət göstərirlər və bu ətraf mühitə ciddi zərər vurur.Cari ildə bu kimi hallara qarşı idarə tərəfindən 5 iş üzrə ətraf mühitə dəyən ziyanla bağlı  1500 manat cərimə tətbiq olunub.

İstirahətə gələn turistlərlə yanaşı ərazidə fəaliyyət göstərən iaşə obyektləri də nəzarətdən kənarda qalmayacaq. Ətraf mühitin mühafizəsi ilə bağlı sahibkarlarla da söhbətlər aparılır.

Natiq Bayramov 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdiri: Bizim əməkdaşlar tərəfindən hər il ərazidə fəaliyyət  göstərən iaşəobyektlərinin sahibləri ilə marifləndirici söhbətlər aparılır.  Bundan əlavə obyektlərin ekoloji vəziyyəti yoxlanılır.

Hər il orta hesabla Göygöl Milli Parkı və Hacıkənd meşəliyi 100 mindən çox yerli və xarici turist tərəfindən ziyarət olunur.

Elton Cabbarlı