Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			29.04.2019 19:35		
		Qazi futbolçular Gəncədə
KepezTV Player
					  
					  					  				Gəncədə ilk dəfə Qarabağ müharibəsi əlillərinin futbol komandası yaradılıb. Qazilərdən ibarət kollektivin təqdimatı çərçivəsində “Qarabağ - Əlil Döyüşçülər” futbol federasiyası Nizami yurdunda mini turnir təşkil edib. Yarışda “Abşeron”, “Qarabağ” və “Gəncə” komandaları mübarizə aparıblar. Təxminən 1 ilə yaxındır ki, fəaliyyət göstərən “Qarabağ - Əlil Döyüşçülər” federasiyası qısa zamanda müəyyən uğurlara imza atıb. Əlillərdən ibarət milli komanda qatıldığı turnirlərdə yaxşı nəticələr göstərib, yığma 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Orxan Cəfərzadə
- Baxış: 1121

