• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 27.04.2019 12:46

Fənn olimpiadası bu dəfə yeni üsulla keçirilib

KepezTV Player

Olimpiadada iştirak edən 300-dən artıq şagirdin biliyi təqdim edilən 50 sual tapşırığı ilə yoxlanılıb. Onların 6-sı yeni üsul, listening yəni səsləndirmə yolu ilə, 44-ü test üsulu ilə şagirdlərə çatdırılıb. Şagirdlərin xarici dil biliklərini də yoxlamaq məqsədilə keçirilən olimpiadada ingilis və rus dilləri üzrə təqdim olunan sual tapşırıqlarını universitet müəllimləri tərtib ediblər.

Aygün Talıbova GDU-nun müəllimi:“Sualları Gəncə Dövlət Universitetinin Qrammatika və İngilis dili kafedrasının müdiri Mehdi müəllimin rəhbərliyi altında biz müəllim kollektivi hazırlamışıq. Sullar hər mövzunu əhatə edir. Demək olar ki, qrammatikanın bütün bölməslərinə aid suallar var”.

Olimpiadanın gedişinə hər auditoriyada 3 nəzarətçi-tələbə ayrılıb. Sualların cavablandırılması üçün şagirdlərə saat yarım vaxt verilib. Tapşırıqlar universitetin müəllimləri tərəfindən yoxlanacaq və nəticələr bir neçə günə açıqlanacaq.

Cabbar Qarayev GDU-nun Təcrübə və Karyera şöbəsinin müdiri:“Olimpiadanın yekununda qaliblərə universitet rəhbərliyi tərəfindən Fəxri Fərman, pul mükafatları təqdim olunacaq. Eyni zamanda olimpiada da iştirak edən şagirdlərdə Gəncə Dövlət Universitetində aparılan tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr bir sözlə, universitetimiz haqqında tam təsəvvür yaranacaq”.

Olimpiadanı keçirməkdə əsas məqsəd şagirdlərin təkcə xarici dil biliklərini yoxlamaq olmayıb. Gəncə Dövlət Universiteti ilə Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən məktəblər arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmin şagirdləri ali təhsil müəssisəsində aparılan tədris proses ilə tanış etmək də əsas götürülüb. Təsadüfi deyil ki, şagirdlərə olimpiada başlamazdan əvvəl 80 illik tarixə malik Gəncə Dövlət Universitetinin hazırki fəaliyyəti və ixtisaslardan bəhs edən video-çarx da nümayiş olunub.