Səhiyyə Nazirliyi, Respublika Tallassemiya Mərkəzi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təşkil olunan marifləndirici tədbirin keçirilməsində əsas məqsəd irsi qan xəstəlikləri qrupuna aid olan talasemiyanın müasir tələblərlə dünya standartlarına cavab verəcək şəkildə müalicəsini və profilaktikasını regionlarda təşkil etməkdir. Gəncə şəhəri ilə yanaşı ətraf 12 rayondan olan həkimlərin iştirakı ilə reallaşan simpoziumda talasemiyanın bir çox ölkələrdə olduğu kimi azərbaycanda da aktual problem kimi qəbul olunur və xüsusi olaraq dövlətin diqqətində saxlanılır. Talasemiyanın irisi keçən və qarşısı alına bilən qan xəstəliyi olduğu diqqətə çatdırılıb. Bunun üçün profilaktik müayinələrin olduqca mühüm əhəmiyyət kəsb etdiyi və insanları bu yöndə marifləndirməyə cəlb olunmalarının vacibliyi vurğulanıb. Elmi simpozium buna qədər Mingəçevir, Şirvan, Qax, Quba, Bərdə və Lənkəranda təşkil olunub.
- Baxış: 596