Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.04.2019 16:18

8 milyon manatdan çox kompensasiya ödənilib

Video Player
KepezTV Player

Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprelin 22-dən Azərpoçtun respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Prosesin başladığı ilk 3 günün statistikasına görə 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb və bu məqsədlə  “Azərpoçt”dan 8 milyon 444 min 73 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.Mayın 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.