Ferrari 488 GTB-ni əvəzləyən F8 Tributo superkarının drift görüntüləri yayılıb. Avtomobil markanın tarixində ən güclü V8 motoru ilə təchiz olunub. Onun sürüşmələrdə maşına kömək edən yenilənmiş Side Slip Angle Control sistemi də var. Ferrari F8 Tributonun “ürəyi” 3,9 litrlik 720 at güclü mühərrikdir. Onunla superkar ilk “yüzü” 2,9 saniyəyə yığır. 340 km/saat isə maşının ən yüksək sürətidir. F8 Tributonun dizaynı müasir klassik modellərlə uyğundur.
- Baxış: 482