Finlandiyanın Awain şirkəti superkarlar üçün bahalı daş-qaşla bəzədilmiş açar hazırlayıb. Hər bir açar saatsaz və mühəndislər tərəfindən əllə düzəldilib. Ən bahalısının qiyməti 500 min avrodur. Bu, hətta Lamborghini Aventador SVJ Roadster superkarının özündən yüksək qiymətdir. Awain şirkətinin təsisçisi və rəhbəri Calmari Mattila keçmiş avtomobil jurnalistidir. O, heç vaxt superkarların adi açarlarını bəyənməyib və analoji açarları belə maşınlara yaraşdırmayıb. Nəticədə özünün bahalı açarlarını ərsəyə gətirməyə qərar verib. Hər açarın hazırlanmasına 100-300 saat arası vaxt gedir. Baza versiya Quantum modeli 354 brilliantdan ümumi 3,45 karatdan, Serenity isə 20 karatla 1250 brilliantdan ibarətdir. Onların dəyəri müvafiq olaraq 49 və 89 min avrodur. Ən bahalısı olan Phantomun brilliantları 34,5 karat çəkidədir. Onları 24 karatlı qızıllarla da əvəz etmək olar.
- Baxış: 650