• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 22.04.2019 16:11

Gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib

KepezTV Player

Bakıda 27 yaşlı Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb. Gülyaz Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.