• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 19.04.2019 12:20

10 sürücü 50 manatından oldu

KepezTV Player

“Təmiz hava” aylığı çərçivəsində polis əməkdaşları tərəfindən növbəti reyd keçirilib. Avtomoblin sazlığına nəzarət etməyən və atmosferi çirkləndirən sürücülərə inzibati protokollar tərtib olunub.

Görüntülər Samux rayonunda lentə alınıb. Yol Polisi Bölməsinin əməkdaşları nəqliyyatın intensivliyi müşahidə olunan yollarda profilaktiki reyd keçiriblər. Sükan sahibləri ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi barədə məlumatlandırılıblar. Avtomobillərin vəziyyəti xüsusi cihazlar vasitəsi ilə yoxlanılıb.

Reyd zamanı istismar müddəti bitmiş, hər an nasaz vəziyyətə düşməklə digər hərəkət iştirakçıları üçün təhlükəyə səbəb ola biləcək nəqliyyat vasitələri də saxlanılıb. Sürücülərinin diqqətinə çatdırılıb ki, avtomobillərinin yanacaq sistemini tənzimləməli  və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməlidirlər.

Azər Mehdiyev - baş inspektor: Əvvəlki illərlə müqayisədə atmosferi çirkləndirən avtomobillərə az rats gəlinir. Buna baxmayaraq yenə də belə nəqliyyat vastiələri var. Odur ki sürücülərdən tələbimiz və tövsiyyəmiz ondan ibarətdir ki avtomobillərində mövcud olan nasazlığı aradan qaldırsınlar. Əks halda atmosferi çirkləndirən sükan sahiblərinə qarşı inzibati qaydada tədbir görüləcək.

Ümumilikdə gün ərzində 50-yə yaxın nəqliyyat vasitəsi yoxlanılıb. 10 avtomobildə atmosferə buraxılan dəm qazının miqdarı normadan artıq olduğundan sürücülər 50 manat məbləğində cərimə ediliblər.

Natiq Hüseyn