Azərbaycan 2019-cu ilin iyununda Trans-Anadolu boru kəmərini Avropaya sınaq qaz tədarükünün başlanması üçün hazır vəziyyətə gətirməyi planlaşdırır. Dövlət Neft Şirkətinin məlumatına görə, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib. Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır. TANAP çərçivəsində yekun işlər boru kəmərinin Əskişəhərdəki Seyidqazi rayonundan Ədirnədəki İpsala rayonunadək olan hissəsini nəzərdə tutur. TANAP hazır vəziyyətə gətirildikdən sonra Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəmərinin tikintisinin başa çatdırılması gözlənilir.
- Baxış: 202