Songuo Motors adlı Cənubi Koreya şirkəti Seul avtosalonunda yeni NeuWai brendinin ilk modellərini sərgiləyib. Onlar arasında yüngül, kompakt yük maşını və krossover də var. İstehsalçılar avtomobillərə ən son texnologiyaların, elektrik və alternativ güc sistemlərinin tətbiqinin mümkünlüyünü vurğulayırlar. Şirkətin rəhbəri Tim Şin bildirib ki, onlar avtomobil sənayesinə yeni biznes-brend gətirirlər. Burada yeni materiallar və fərqli hazırlanma strategiyasından istifadə olunur. Çünki şirkətdəkiləri ənənəvi materiallar qane etmir.
- Baxış: 560