Stratolaunch adlı rekordlu təyyarə ilk uçuşunu həyata keçirib. İki göyərtəli təyyarənin qanadlarının uzunluğu 117 metrdən çoxdur. Bu göstəricilərinə görə ona çatan yoxdur. Təyyarənin uzunluğu 72 metr, hündürlüyü 15 metrdir. Çəkisi 226,8 ton, çəki daşıma qabiliyyəti isə 589,7 tondur. Stratolaunch elə göydəcə raket və kosmoplanların uçuşunu həyata keçirmək üçün hazırlanıb. Belədə onların uçuş trayektoriyası daha səmərəli olur, yanacaq israfı isə azalır. Deyilənə görə, nəhəng təyyarə özü ilə üç ədəd Pegasus XL raketi qaldıra bilər. Bu, analoji raketlərin buraxılışı üçün xərclənən vəsaiti ixtisar edəcək.
- Baxış: 441