• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 16.04.2019 16:44

Gəncə cüdoçuları iki yarışda medal qazanıblar

KepezTV Player

Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin cüdo bölməsinin üzvləri iki yarışda uğurlu nəticələrlə məşqçiləri sevindiriblər. Yeniyetmə tatami ustaları respublika daxili turnirlərdə fərqləniblər.

Cüdoçular Bakı birinciliyində və “Regionlar Kuboku” turnirdə medalçılar sırasına düşərək fəxri kürsüyə yüksəliblər. Adı sonuncu qeyd olunan yarışda Özqan Quliyev bürünc mükafat qazanıb. Fərid Qarayev isə həm bu turnirin, həm də paytaxt birinciliyinin qalibi olub.

Hər iki idmançı məşqçi Hüseyn Allahverdiyevin yetirməsidir.

Fərid Qarayev Bakı birinciliyinin ardıcıl ikinci dəfə baş mükafatına sahib olub. Ümumiyyətlə, eyni yaş qrupunda Azərbaycan birinciliyi keçirilmədiyindən paytaxt yarışı bu cüdoçular üçün ölkənin 1 nömrəli mübarizə meydanı hesab olunur. Qarayevin beynəlxalq status daşıyan “Regionlar Kuboku”nda da bütün rəqiblərindən üstün olması onun potensialından xəbər verir.

Qarşıda cüdoçuları ölkədaxili bir neçə yarış gözləyir.

Azad Rəfi