Bu il “İMAGİNE” Avropa Tolerantlıq Festivalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq. Bu festival bizi bir araya gətirən məsələləri müzakirə etməyə və anlamağa imkan verir.Bu fikirləri jurnalistlərə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda 3-cü “İMAGİNE” festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib. Bu il festival xüsusi şəkildə keçiriləcək. Festival günlərində müxtəlif tədbirlər – konsertlər, sərgilər, kino nümayişləri təşkil ediləcək. Sayca üçüncü “İMAGİNE” tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən 15-dək keçiriləcək.Festival Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin “United Cultures” ilə əməkdaşlığı çərçivəsində reallaşacaq.
- Baxış: 820