• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1997
— 15.04.2019 15:12

Elxan Məmmədov: “Gəncədə futbol akademiyası yaradılacaq”

KepezTV Player

Gəncədə yeni futbol akademiyası fəaliyyətə başlayacaq. Bunu Nizami yurduna səfər çərçivəsində AFFA-nın baş katibi Elxan Məmmədov televiziyamıza eksklüziv açıqlamasında deyib.

Qurum rəsmisi Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri ilə birgə akademiyanın yerləşəcəyi şəhər stadionunda olub, yardımçı meydançalara baxış keçirib. Elxan Məmmədov yeni yaradılılacaq futbol məktəbi ilə bağlı yerli rəsmilərlə fikir mübadiləsi aparıb.

Elxan Məmmədov – AFFA-nın baş katibi – “Gəncədə futbol akademiyasının yaradılmasına müvafiq tapşırıqlar verilib. Bununla bağlı bəzi hesabatlar hazırlayacağıq. Gəncədə hazırda neçə idman məktəbi fəaliyyət göstərir, stadion ərazisində infrastrukturu harada yerləşdirmək olar və kimi başqa görüləcək məsələləri növbəti icraiyyə komitəsində təqdim edəcəyik. AFFA rəhbərliyi bu tapşırığı verib və çalışacağıq ki, bu göstərişləri yerli icra hakimiyyəti ilə birgə qısa zamanda yerinə yetirək.”

Daha sonra Elxan Məmmədov stadionun iki il öncə yenilənən əsas meydançasını nəzərdən keçirib. Futbol fuksioneri şəhərin ən böyük futbol arenasının tezliklə təmir olumasını arzuladıqlarını dilə gətirib.

Elxan Məmmədov – AFFA-nın baş katibi – “Təbii ki, biz də istəyərdik ki, stadion təmir olunsun və ümid edirik ki, yaxın gələcəkdə bu olacaq. Amma o vaxta qədər dövlətin dəstəyi ilə məşq meydançaları inşa olunacaq. Növbəti mövsümdən öncə bu meydançalar fəaliyyətə başlayacaq.”

AFFA rəsmisi “Kəpəz”in növbəti mövsüm premyerliqaya yüksəlmək məsəlinə münasibət bildirib.

Elxan Məmmədov – AFFA-nın baş katibi – “”Kəpəz” 3 il öncə Premyer Liqada çıxış etdi və uğurlu nəticə göstərdi. Hətta avrokuboklarda da ilkin mərhələdə oynadı. Bu sevindirici haldı. Amma indi isə nəsə etmək istəsək, təməldən etməliyik. Yəni, bütün yaş qruplarında komandaların olmasını nəzərə almalıyıq. Bu çox önəmlidir. Biz də istiyərdik ki, “Kəpəz” komandası Premyer Liqada iştirak etsin. Lakin bütün şərtlərə cavab vermək lazımdır ki, sağlam, təməlli klub olaraq fəaliyyət göstərsin.”

Gəncə şəhər stadionunda olarkən, yerli azarkeşlər də Elxan Məmmədovdan “Kəpəz”in yenidən premyerliya qayıtmasını xahiş ediblər. Qurum nümayəndəsi fanatları dinləyərək onların bu arzusunun tezliklə həyata keçəcəyinə inandığını bildirib. Klubun daim AFFA-nın diqqətində olduğunu əlavə edib.

 

Orxan Cəfərzadə