• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 13.04.2019 14:05

Yol polisi “Təmiz hava” aylığı çərçivəsində reyd keçirib

KepezTV Player

Yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri, göllər təbiət həvəskarlarını Daşkəsənin təmiz havasına cəlb etməyə bilməz. Rayonda ayın sonunadək davam edəcək “Təmiz hava” aylığı da oksigen zənginliyini qorumağa, zərərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrini müəyyən etməyə imkan verir.

Daşkəsən rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları keçirdiyi reyd cərimələrin tətbiqindən daha çox sürücülərlə maarifləndirici söhbətlərin aparılmasına yönəldilib. Avtomobillərin yanacaq sistemini tənzimləyərək onları saz vəziyyətə gətirməklə ixrac qazlarının tərkibini normalara uyğunlaşdırılmaq olar.

Reyd zamanı 50-dən çox avtomobil saxlanılaraq yoxlanılıb. Müşahidələr əvvəlki illərlə müqayisədə son dövrlər zəhərli qazların miqdarı normadan artıq olan avtomobillərin sayının azaldığını ortaya çıxarıb. Buna baxmayaraq inzibati qaydada cərimə olunan sürücülərə də rast gəlinib.

Rəşad Məmişov baş inspektor: Reyd zamanı 20-ə yaxın sürücüyə inzibati protokol tərtib olunub.  Aparel ayının sonunadək reydlərimiz davam edəcək. Sürücülərə tövsiyyəmiz odur ki avtomobillərini saz vəziyyətə gətirsinlər. Əks halda avtomobilin mühərrikində dəm qazı normadan artıq olduğu halda inzibati protokollar tərtib olunacaq.

Təmiz hava aylığı çəriçivəsində respublika ərazisində yoxlamalar aprelin 28-dək davam edəcək.

Natiq Hüseyn