Su-kanalizasi sisteminin yenilənməsi layihəsinə uğun olaraq Gəncədə kollektorun inşası aparılır. Atabəylər prospektində kanalzasiya sularının axıdılması üçün 1400 mm-lik beton boru xətt inşa olunur. Artıq 300 m xəttin çəkilişi başa çatıb. 3 aya yekunlaşması nəzərdə tutulan işlərin nəticəsi olaraq kollektorra yığılacaq çirkab sular Samux rayonunda inşası aparılan Çirkab Su Təmizləyici Kompleksinə axıdılacaq. Layihənin 4-cü mərhələsi çərçivəsində anbarlararası magistral boru kəmərləri, ana kallektor xətləri və şəhərin mərkəz hissələrinin şəbəkəsi qurulacaq, eləcə də şəhərin Cavadxan qəsəbəsi su-kalazasiya ilə təmin olunacaq. Həminçinin Şəmkirçay və Qızılqaya kompleksinlərindən 820 mm-lik polad boru ilə içməli su da Gəncə şəhərinin anbarlara çatdırılacaq. Burdan da 400, 500 və 710 mm-lik politilen borularla şəbəkəyə qoşulacaq. Gələn il yekunlaşacaq dördüncü mərhələ çərçivəsində şəhərin böyük bir hissəsi içməli su ilə təmin olunacaq.
Orxan Abdullayev - layihənin baş topoqrafı: Gəncə şəhərinin şəbəkəsi 1200 mm-lik və 1400 mm-lik ana kallektor xətlərinə qoşularaq 1600 mm-lik kallketor xətti vastəsi ilə Çirkab Su Təmizləyici Kompleksinə aparılacaq. Gələcəkdə Çirkab Su Təmizləyici qurğuların da tikintisi nəzərdə tutulub. Çirkab suları həmin kompleksə daxil olaraq müəyyən kimyəvi proseslərdən keçərək təkrar texniki su kimi suvarmada istifadəsi nəzərdə tutulub. Çirkab su təmziləyici su Samuxun ərazisində yerləşir. Bu da yaxında yerləşən əkin sahələrinin və digər məqsədlərlə istifadə oluna bilər.
Elnur Vahidoğlu
- Baxış: 1361