Bu il Göygölün bir sıra kəndlərində fəaliyyət göstərən mədəniyyət evləri və klublar cari təmir olunacaq. Dövlət proqramına uyğun olaraq həyata keçirilən təmir bərpa işlərinin əsas məqsədi kəndlərdə əhalinin asudə vaxtlarının səmərəli keçirilmsini təmin etməkdir. Təmir işlərinin nəticəsi olaraq mədəniyyət evləri və klublar lazımı inventarlarla təchiz olunaraq müxtəlif dərnəklərin fəaliyyəti üçün əlverişli vəziyyətə gətiriləcək. İlk olaraq turizim marşurutları üzərində yerləşən kəndlərdəki obyektlərin bərpası nəzərdə tutulur. Buna səbəb həmin mədəniyyət evlərində yerli və xarici turistlərdə maraq yaradacaq, müxtəlif sənət növlərinə aid əl işlərinin nümaiş etdirilməsi və əraziyə daha çox turistin cəlb olunmasına nail olmaqdır. Bu baxımdan işlərə Zurnabad və Şəhriyar kəndlərinin mədəniyyət obyektlərinin təmiri ilə başlanılacaq.
Şərqiyyə Hümbətova - Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi: Son illərdə biz bir çox mədəniyyət evləri və klubları təmir etmişik. Təmir olunan bütün obyektləryeni inventarlarla təchiz olunub. Demək olar ki bir neçə klub və mədəniyyət evini var ki onların həm təmirə həm də yeni inventarla təchiz olunmasına ehtiyac vacibdir. Onlarda ilin sonuna kimi tam olaraq təmir və təchiz olunub təhvil veriləcək.
Elnur Vahidoğlu
- Baxış: 699