Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə "Bu yaz özün bir təbiət yarat" adı altında keçirilən yaşıllaşdırma aksiyasına əhali böyük maraq göstərib. 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən Gəncədə baş tutan 2 aksiyada müşahidə edilən yüksək kütləvilik belə deməyə əsas verir. Vətəndaşlara meyvə və həmişəyaşıl ağaclar paylanılıb. İki aksiyada ümumilikdə əhaliyə 6 mindən çox ting verilib. Vətəndaşların çoxsaylı müraciətləıri nəzərə alınaraq qarşıdakı günlərdə yenə də ağac paylanılması nəzərdə tutulur. Bu kimi aksiyaların təşkilində əsas məqsəd ölkədə yaşıllıqların sayının artırılması, süni meşələrin salınmasına nail olmaqla yanaşı, insanlarda təbiətə səmimi münasibət formalaşdırmaq və ətraf mühitin qorunmasını təbliğ etməkdir.
Qalib Quliyev - 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri: Bu aksiya demək olar ki, həmin günlərdə qabaq başlamışdır. Belə ki, bizim monitorinq sektorunun əməkdaşları əvvəlcədə məktəblərdə, müəsisə və təşkilatlarda yaşıllıqlarlar və ətraf mühitin qorunması ilə bağlı marifləndirici görüşlər keçirmişdi. Buna görədə aksiyada vətəndaşlar çox yüksək kütləviliklə iştirak etdilər. Bir mütəxəsis kimi deyə bilərəm ki, bu aksiyaların mütəmadi təşkili çox böyük effekt verəcək.
- Baxış: 237