Daşkəsəndə yol tikintisinə ayrılan vəsaitın artıq məqsədəuyğun şəkildə icrasına başlanılıb. Gəncəni rayonun Quşçu–Çovdar–Çaykənd ilə birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb. Prezident İlham Əliyevin sərəncamına uyğun aparılan işlər 27 km məsafəni əhatə edəcək.
Üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quşçu–Çovdar–Çaykənd avtomobil yolu uzun illər baxımsız olub. Ərazinin dağlıq relyefə malik olması, xüsusilə də qış aylarında bu yoldan istifadə edənlər üçün ciddi çətinliklərə səbəb olurdu.
Mövcud sərəncamma uyğun olaraq yeni çəkilən yol Daşkəsən rayonunda 6 yaşayış məntəqəsinda yaşayan insanların rayon mərkəzinə, eləcədə Gəncə şəhərinə gediş gəlişini asanlaşdıracaqdır. Hazırda Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi dağlıq relyefə malik olan ərazidə xüsusi texnikalar vasitəsilə yolun genişləndirilməsini və yol yatağının işlənməsi prosesini aparırlar.
Layihəyə uyğun olaraq mövcud yolun ümumi eni 10 metr olacaq ki, bunuda 6 metri asfalt örtüyü ilə üzlənəcək. Hazırda dağdan gələn sel sularının ötürülməsi üçün müxtəlif təyinatlı hidrotexniki qurğular quraşdırılır. Aparılan işlər yaxın aylarda kənd sakinlərinin yol problemini birdəfəlik həll edəcək.
Xanoğlan Salmanov - Çovdar kənd sakini: Yolumuz çox bərbad vəziyyətdə idi. Ən çoxda qış ayları olanda gediş gəliş mümkünsüzə çevrilirdi. Dəfələrlə bizim yolda qəzalar olurdu yolun ensiz və yöndəmsiz olması ucbatından. Yol mədəniyyətdir, yol iqtisadiyyatdır. Yolumuz düzəlir biz əkin bişinimizi bazarlara aparmaqda çətinlik çəkməyəcəyik.
Azad Həşimov - Şadax qəsəbə sakini: Bizim gediş gəlişimiz çox problemli idi, əsasəndə yağmurlu havalarda bərbad vəziyyətə qaldırdı. Rayonumuza gedib çıxa bilmirdik vaxtında.
Bünyamin Musayev - Çovdar kənd sakini: Kəndimiz Daşkəsən rayonun ucqar yerində yerləşir. Ən çox yol sarıdan əziyyət çəkirdik. Xəstəmiz olanda və ya hər hansı bir işimiz olnada gedib gələ bilmirdik. Elə olurdu ki, qıda yolumuz bağlanıdrdı qara görə. Sağolsun prezidentimiz ki,yollarımızın əsaslı təmir olunması üçün göstəriş verib. Bundan sonra kəndimiz inkşaf edəcəkdir.
8,5 milyon manat vəsait hesabına başa gələcək layihənin bu ilin sonuna qədər yekunlaşdırlaraq istifadəyə verilməsi nəzərdə tutulur.
- Baxış: 858