• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 10.04.2019 11:03

Telsadan yeni avtomobil: Model Y krossoveri

Tesla şirkəti Model 3-ün bazasında kiçik krossoverini təqdim edib. Model Y elektrokarının satışları 2020-ci ilin payızından başlanacaq. Maşının ən əlçatan variantı arxa ötürücülü və 370 kilometr gediş ehtiyatı olan variantıdır. Onun qiyməti 39 min dollardır. Krossover Model 3 sedanından kuzovuna görə seçilir. Baqaj qapısı yuxarıya açılır. Klirens artırılıb və 3-cü cərgə əlavə olunub. Baza versiya 2021-ci ildə peyda olacaq. Long Range modifikasiyasında avtomobil birdəfəyə 483 kilometr məsafə gedə biləcək. 97 km/saat sürəti yığmaq üçün ona 5,5 saniyə lazımdır. Maksimal sürətsə 209 km/saatdır. İkimotorlu AWD versiya isə tam ötürücülüdür. Gediş ehtiyatı isə 451 kilometrə çatır. O yüzü əvvəlki versiyadan bir qədər tez yığır. Ən yüksək sürəti isə 217 km/saatla məhdudlaşır. Performance versiyasına gəldikdə, onun bir qədər artıq at gücü və gücləndirilmiş dinamikləri var. 60 mili yığmaq ona 3,5 saniyəyə başa gələcək. Maksimal sürət 241 km/saatdan çox deyil. Baza versiyaya panoram dam və 15 düymlük ekran daxildir. Adaptiv kruiz kontrol 12 ultrasəsli sensorludur və 360 dərəcə görünüşə sahibdir.