• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 09.04.2019 16:09

Ən böyük prospekt yenilənir

KepezTV Player

Şah İsmayıl Xətai prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq Nizami prosketinə qədər olan hissəsində canlanma müşahidə edilir. Yol təsərrüfatı işçiləri xüsusi texnikalardan da istifadə etməklə mövcud asfalt qatının qaşınmasını və bardürlərin yenilənməsini reallaşdırır. Eləcə də Heydər Əliyev prospektindən dəyirmanın dairəsi adlanan hissəyədək olan yolun bir tərəfinə asfalt qatı da döşənib.

Arif Məmmədov - şəhər sakini: Mən Şah İsmayıl Xətai prospektinin sakiniyəm. Bu günə qədər şəhərimizdə yollarda təmir işləri aparılıb. Bu prospektdə uzun müddətdir ki, yol bərbad vəziyyətdə idi, çala-çökək hərəkətə mane olurdu. Çox sağolsunlar ki, indi yolumuzu düzəldirlər şəhərimiz gözəlləşir.

Sevindirici məqam həm də odur ki, işlər yolun bağlanmasına səbəb olmayıb. Tənzimləmə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: Bu hissədə 65 min kvadrat metrdə asfalt örtüyü çəkiləcəkdir. Növbəti mərhələdə prospektin qalan hissəsi, yəni Nizami prospektindən şəhərin qərb istiqamətində çıxışınadək olan hissə tamamilə yenidən asfaltlanıb istifadəyə veriləcəkdir)) ((K/A)) Aparılan işlər eni 20 metrdən artıq olan yol boyu səkiləri də əhatə edir. Eləcə də həm piyada, həm də sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün müasir və qənaətçil gecə işıqlandırma dirəkləri də basdırılır. Uzunluğu 8 km-ə yaxın olan yolun tam yenilənməsi bir neçə aya yekunlaşacaq.