Ötən gündən Şəmkirin 8 yaşayış məntəqəsinin 85 min sakini sevinclidir. Çünki gediş-gəlişinin rahat və təhlükəsiz olması üçün yolları yenidən qurulacaq. Yenilənəcək yol sosial problemlərin həllinə yardımçı olacaq, həm də maddi rafah halının yaxşılaşmasına təkan olacaq.
Qafqaz Mahmudov – sakin: Yaxın kəndlərə gedib gələ bilmirik. 10 dəqiqəlik yolu 40-dəqiqəyə 1 saata gedirik. Demək olar ki heç bir taksi heç maşın o yollara getmir.
Zəyəm sakinləri illərdir bu yollarla hərəkət etmək məcburiyyətindədir. Yayda tozdan, qışda palçıqdan demək olar ki, keçilməz olan yol çətinliklərə də səbəb olur.
Oruc Məmmədov – sakin: Yol həyat deməkdir. Yol çəkilsə yaxşı olar. Çəkilsə yaxşıdır. Bir az çətinlik olur.
Sakinlərin rahatlığını nəzərə alaraq Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı kəndlərini birləşdiriən avtomobil yolunun tikintisinə başlanacaq. Bu məqsədlə ölkə prezidenti tərəfindən 14 milyon vəsait ayrılıb.
Vahid Novruzov – sakin: Bayramlı kənd sakinlərinin gördüyünüz bu küçədə tozdan yaşaması mümkün olmurdu. Ancaq indi hamı sevinirik ki doğurdanda bizim yolumuz asvalt olacaq.
Qəmbər Həsənov – sakin: Yol təmiz olmayanda palçıq olanda maşında qalır. İnsanlarda gedə bilmir. Gediş-gəliş az olur. İndi yol olanda hara istəyirik ürəklə gedəcəyik. Maşınımızda yolda qalmayacaq.
Yeni yolun tikintisnə daha çox sevinənlər isə gündəlik bu yoldan istifadə sükan sahibləridir. Yeni yolun salınması ilə onlar həm vaxta, həm də büdcələrinə qənaət etmiş olacaqlar.
Əbülfət Cəfərov – sürücü: Qonşu kəndlərə rayon mərkəzinə getmək çox çətin məsələ idi. Yollarımız bərbad gündə idi. Nəqliyyat vasitələrimiz tez-tez sıradan çıxır. Elə bu dəqiqə kənddən gəlirəm əhali çox böyük yüksək əhval ruhiyyədədir. Hamı sevinir hamı üçün bayramdır. Çox sağolsun cənab prezidentimiz təşəkkür edirik. Daha böyük naliyyətlər arzulayırıq.
Bahadur Hümbətov – sürücü: Sevincimizin həddi hüdüdü yoxdur. Təki yollarımız düzəlsin. Camaatda rahat gedib-gəlsin işinlə məşğul olsun.
Ötən il ölkə prezidentinin imzaladığı sərəncamla Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu da yenidən qurulub.
Natiq Hüseyn
- Baxış: 1532