Paytaxt küçələrində, insanların daha sıx hərəkət etdiyi ərazilərdə, eləcə də, bölgələrdə belə faktlar kifayət qədərdir. Özü də maraqlısı budur ki, uşaqları dilənməyə məcbur edənlər ata, analarıdır. Bəzi valideynlər isə nəinki azyaşlı övladlarını dilənməyə məcbur edir, hətta bunun üçün işgəncə metodlarına da əl atır. Bu zorakılıqlara dözməyən uşaqlar isə əksər hallarda çıxış yolunu küçələrdə gecələməkdə, kimsəsiz həyat sürməkdə görür. Təbii ki, azyaşlının bu çarəsizliyi hərdən onun həyatı bahasına başa gəlir. Yox əgər bəxti gətirsə, polis onu taparaq uşaq sığınacağına təhvil verir. Lakin bioloji valideynləri ortaya çıxır və övladını sığınacaqdan aparır... Bəs sonrası...
Vasif Akifli - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru: Biz uşağı bərpa ediriksə əgər,orda artıq məhkəmə prosesi olur,hüquq mühafizə orqanları bu işə nəzarət edir,araşdırılma aparılır, uşağın ailəyə bərpası mümkündürsə uşaq ailəyə bərpa edilir.Yəni o bərpa varsa əgər ortada təbbi ki biz uşağa hər zaman nəzarət edirik.Yox əgər o uşaq yenidən diləndirilərsə onu biz aşkar edə bilmərik,biz durup küçələrdə uşaq güdə bilmərik ki görək dilənirmi ya yox.Onsuzda o uşağın yenidən diləndirilməsi faktı olsa polis onu yenə görüb aşkarlayacaq.
Ekspertlər deyir ki, roman qrupundan olan insanların böyük əksəriyyəti məhz pul qazanmaq üçün uşaq dünyaya gətirirlər. Elə buna görə də hazırda küçələrdə belə azyaşlılara rahat şəkildə rast gəlmək olur. Amma sosioloqlar "bu vəziyyətdən çıxış yolu var" deyirlər.
Cavid İmanoğlu - sosioloq: Beynəlxalq və dünya təcrübəsi göstərir ki, roman qrupları ilə reablitasiya işi ən az effekt verən işdir. Burda biz nə edə bilərik. Azərbaycan insanı başa düşməlidir ki, küçədə dilənən uşağa bir mənalı şəkildə pul vermək onu bu işə şövq elətdirmək və yaxud da davranışı mökəmləndirmək deməkdir.Əgər küçədə dilənənlərə bir dəfə iki dəfə pul verməsə hər kəs haa. Bu zaman artıq onu orda diləndirən əməyə məcbur edən onun hüquqlarını pozan şəxs artıq bunu etməyəcək və başa düşəcək ki. azərbaycan cəmiyyəti küçədə belə uşaqları görmək istəmir.
Deməli azyaşlıları diləndirənləri yoldan çəkindirmək üçün təkcə dövlət orqanlarının yox, cəmiyyətin də üzərinə məsuliyyət düşür. Bəli, beynəlxalq qaraçılar günündə cəmiyyətin onlara ən böyük hədiyyəsi də yəqin ki, əli cibə aparmamaq olar. Tək 8 apreldə yox, daimi. Ən azından həyatı anlamayan körpələrin normal gələcəyi naminə bunu etmək lazımdı. Bəlkə bu yolla "qaraçısansa mütləq dilənməlisən" fikrini özləri üçün aksiomaya çevirən dırnaqarası valideyn anlayar ki, bu həyatda övladı üçün parlaq gələcək planları da qura bilər.
- Baxış: 293