• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 21.02.2017 23:51

Əvvəl cibə girdi, indi də qazamata girəcək

KepezTV Player

Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın Gənclik metrostansiyasından Koroğlu metrostansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb. Dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb. Metro stansiyalarına quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən,  həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək, oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb. Nəhayət əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli  törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə baş verən andan bir ay sonra, yəni fevralın 18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.