Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.04.2019 12:15
Yeniyetmə bıçağa əl atdı
KepezTV Player
Aprelin 6-da axşam saatlarında Gəncə şəhər sakini Elnur Hüseynov qarın nahiyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstə dərhal əməliyyat olunub. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan oğlan şübhəli şəxs qismində saxlanılıb. O, törətdiyi əməli etiraf edərək, Elnur Hüseynova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
- Baxış: 1092
