• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 08.04.2019 10:03

HMD X71 smartfonu təqdim olundu

HMD Global şirkəti Tayvanda X71 smartfonunu təqdim edib. Smartfon Full HD+ (2316x1080 piksel) təsvir ölçülü 6,3 düymlük ekran, 16 meqapiksellik ön kamera, 48+8+5 MP-lik 3 qat əsas kamera, arxa paneldə barmaq izi skaneri ilə təchiz edilib. Aparat, həmçinin Snapdragon 660 prosessoru, 6 QB-lıq əməli və 128 QB-lıq fləş yaddaş ("microSD" formatlı yaddaş kartı ilə 256 QB-dək artırıla bilər) ilə təchiz edilib. 3500 milliamper/saat tutumlu akkumulyator 18 vattlıq sürətli enerjidoldurma texnologiyasına malikdir. 2 ədəd SIM kart, 4G VoLTE, Wi-Fi (802.11 ac), Bluetooth 5, GPS + QLONASS texnologiyaları dəstəklənir, USB Type-C (USB 2.0) portu və 3,5 mm-lik qulaqlıqlar var. Smartfonun ölçüsü 157,19 x 76,45 x 7,98 mm, çəkisi isə 180 qr-dır. Smartfon Android 9.0 Pie əməliyyat sisteminin idarəetməsi altında işləyir. Nokia X71 smartfonu qara rəngli korpusda əlçatandır və qiyməti 388 dollardır.