• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 06.04.2019 21:06

Göygöldə taekvondo üzrə rayonun açıq birinciliyi keçirilib

KepezTV Player

Beynəlxalq status daşıyan yarışda qonşu ölkələrin idmançıları da iştirak edib.

31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş turnirin açılış mərasimində çıxış edənlər azərbaycanlılara qarşı törədilən etnik qırğının bəşəriyyətin böyük faciəsi olduğunu bildiriblər. Bu cür yarışların da belə hadisələri təbliğ etmək baxımından önəm daşıdığı diqqətə çatdırılıb. Rəsmi hissədən sonra mübarizələrə start verilib.

Turnir 3 yaş qrupu üzrə – uşaq, yeniyetmə və gənclər arasında təşkil edilib. Yarışda ümumilikdə 35 komandanın üzvləri qüvvəsini sınayıb. 

Göygöl açıq birinciliyinə yerli idmançılarla yanaşı əcnəbi taekvondoçular da qatılıb. Yarışda Gürcüstan və İranın təmsilçiləri dayanq üzərinə çıxıb.

Yarışın sonunda mükafatçı yerləri tutan idmançılara fəxri fərman, medal və kubok təqdim olunub.

Orxan Cəfərzadə