• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 05.04.2019 18:52

Sosial xidmətlər vahid platformada

KepezTV Player

İndiyədək vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklif etdiyi elektron xidmətlərdən ayrı-ayrı saytlarda yararlanırdılarsa, indi bu xidmətlər vahid platformada toplanıb. Belə demək mümkünsə, vətəndaşın indiyədək informasiya sistemlərində özü barədə toplanan məlumatlara çıxış imkanları məhdud idi. Təbii ki, bu da müəyyən problemlər yaradırdı.

Belə ki, şəxs haqqında hər hansı bir şəxsi məlumatı əldə etmək üçün şəxs məcburi şəkildə onun qeydiyyatda olduğu nazirliyin tabeliyindəki hər hansı bir quruma müraciət etməliydi ordan öz məlumatları ilə tanış olmalı idi. Bu prosesi sürətləndirməkdən ötrü nazirliyin elektronlaşmış xidmətlərinin bir platformada cəmlənməsi prosesi həyata keçirildi.

Portaldan istifadə etmək üçün şəxs üç vasitə ilə - elektron imza, ASAN imza, yaxud istifadəçi adı ilə sistemə giriş edə bilər. Bunlardan ən sadəsi istifadəçi adı və şifrə ilə qeydiyyatdan keçməkdir. Bu üsulla portaldan istifadə imkanı, vətəndaşdan adına qeydiyyatda olan nömrə tələb edir. Təhlükəsizliyin təmin olunması üçün həmin nömrəyə təsdiqedici mesaj göndərilir.

Orxan Salahov - ƏƏSMN-in sektor müdiri: Şəxsi kabinetə daxil olmaqla, vətəndaşlarımız öz məlumatları barəsində informasiyalar çıxış əldə edə bilir. Elektron xidmətlər bölməsində nazirliyə məxsus olan xidmətlərimiz yerləşdirilib ki, bu xidmətlərdən də vətəndaşlarımız qısa yol olaraq yəni rahat bir şəkildə istifadə etməsi üçün nəzərdə tutulub. Sual-Cavab bölməsi mövcuddur ki, burada vətəndaşlarımız nazirliyə hər hansı bir suallarını ünvanlaya bilər.

Vətəndaş indiyədək əldə etdiyi gəlir və ödənişlərini görməklə yanaşı kapitalında toplanan vəsaiti də görə bilir. E-Sosial.az portalında təklif olunan elektron xidmətlərlə yanaşı, vətəndaşın istər qaynar xətt, istərsə də ərizə ilə nazirliyə etdiyi müraciətlər barədə informasiya da şəxsi kabinetdə öz əksini tapıb. Bu ona imkan yaradır ki, şəxs müraciətinin hansı mərhələdə olduğunu, yaxud ona verilən cavabı izləyə bilir. Bu arada portal gələcəkdə vətəndaşları hüquqları barədə də məlumatlandıracaq. Belə ki, vətəndaşın hər hansı bir sosial müavinəti almaq hüququ yaranarsa, onun dövlət qurumuna ərizə ilə müraciəti gözlənilmədən, portal vasitəsi ilə birbaşa məlumat ötürüləcək.