Böyük Britaniyanın Eadon Green atelyesi Cenevrədə yeni layihəsini təqdim edib. 4 yerlik kupe ZRR ötən əsrin 30-cu illəri stilində hazırlanıb. Bunun üçün Rolls-Royce Dawn kabrioletindən yararlanıblar. Eadon Green ZRR avtomobil-donordan retro stilli kuzovuna görə seçilsə də bir çox detallar oxşardır. Faralar, kapot, qapılar, yan şüşələrin çərçivəsi və təkələr Rolls-Royce-dən mənimsənilib. Texniki cəhətdən də dəyişiklik gözə çarpmır. ZRR 6,6 litrlik 601 at güclü V12 mühərriklə hərəkətə gəlir. Maksimal sürət də hər iki maşında eynidir: 250 km/saat. Amma yüzü ZRR daha sürətlə yığır: 4,8 saniyəyə. Qatlanan dam örtüyü sabit damla əvəzlənsə də bu, avtomobilin çəkisinə təsir etməyib. Kuzov isə bir qədər uzun alınıb.
- Baxış: 493