![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/mozilla_0.jpg?itok=ur-ap7Fs)
Mozilla yeni standart layihəsini anons eləyib. WASI WebAssembly üçün sistem interfeysidir. O, WebAssembly-nin brauzer xaricində istifadə olunaraq əməliyyat sistemi ilə məlumat mübadiləsini təmin etmək üçündür. Əsas ideyası WebAssembly-nin müsbət cəhətlərini: cross-platformluluq və təhlükəsizliyi saxlayaraq imkanları genişləndirməkdir. Mozilla-dan savayı tərtibatda Fastly,npm və Node layihələrinin təmsilçiləri də iştirak edir. Artıq üç WASI realizasiyası istifadəyə açıqdır.
- Baxış: 556