Təkcə ötən il 656 nəfər HİV-ə yoluxub ki, onlardan 26-sı əcnəbi, 630-u isə azərbaycan vətandaşı olub. Xəstələrdən 8-i dünyasını dəyişib. Narkotik istifadəçilərinin 44 faizində bu infeksiyaya rast gəlinib. Yoluxanların 70 faizi kişilər, 30 faizi isə qadınlar olub. Təhlükəli məqam infeksiyanın daha çox işlək təbəqə arasında təsadüf olunmasıdır.
Natiq Zülfüqarov Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri : Yoluxma əsasən 15 - 49 yaş arasınında şəxslərdə aşkarlanır. Ölkədə əsasən ilk növbədə narkotik istifadəçiləridir, Şirvan, Astaranı... Əsasən narkotik istifadəçilərini epidemiyanın göstəricisi yüksəkdir.
Bu mövzuda sevindirici bir məqam var ki, son illərdə anadan uşağa yoluxma halı aşağı düşüb. 2006-cı ildən bu yana yalnız bir anadan uşağa infeksiya keçməsi qeydə alınıb. Mütəxəssislər mübarizə metodlarını gücləndirməyi, xüsusən də hamiləlik dövrünün ilk aylarında infeksiyaya qarşı müayinələr aparılmalısını vacib sayırlar.
Natiq Zülfüqarov Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri : Diş fırçasından, manikür pedikür alətlərindən istifadə etməmək....
1992-ci ildən bu yana mərkəzdə 6 min 193 nəfər Qiçs daşıyıcısı qeydiyyata alınıb. Onlardan 969 xəstə dünyasını dəyişib.
- Baxış: 321