• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1340
— 03.04.2019 18:58

Diplomatik korpusun nümayəndələri Göygöldə olub

KepezTV Player

Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayədələrinin qərb bölgəsinə səfəri Göygöllə yekunlaşıb. Rayonla tanışlıq təbiət möcüzəsi Göygölü gəzməklə davam edib.

Göygöl rayonunda qonaqları Heydər Əliyev parkında rayon içtimayyətinin nümayədələri və məktəblilər qarşılayıblar. Diplomatik korpusun nümaydələrinə rayon haqqında ətraflı məlumat verilib, son illər həyata keçirilən infrastruktuir layihələr barədə danışılıb. Məktəblilərin ifasında rəqslər, səhnəciklər, bacarıqlı əllər dərnəyi üzvlərinin hazırladıqları dekorativ tətbiqi sənət nümunələri, rəsm əsərləri qonaqlarda xoş təssürat yaradıb. Tanışlıq zamanı məlumat verilib ki, rayon 200 il bundan əvvəl almanlar tərəfindən salınıb. Hümmer qardaşları tərəfindən inşa edilən  6 küçə, alman memarlığını qorumaqla əsaslı şəkildə yenidən bərpa olunub.

Sigird Kervers - Nideralandın Azərbaycandakı səfirinin xanımı: Mən özüm almanam. Burada ilk dəfə oluram. Və qəribə hisslər keçirdim. Mənim həmvətənlərim, ulu babalarım alman memarlığı üslubunda 2 əsr  əvvəl burada evlər tikiblər. Bu tiklilər bu gündə qorunur. Bu Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin göstəricisidir.

Qonaqlar 1822-ci ildə inşa olunan Lüteran Alman kilsəsinə baxıblar. Bu gün Tarix Diyarşünaslıq Müzeyi kimi fəaliyyət göstərən binada mövcud ekskoponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb. Uşaq Musiqi Məktəbinin xor kollektivi azərbaycan və alman dillərində mahnılar ifa ediblər.

Onno Kervers - Niderlandın Azərbaycandakı səfiri: Doğurdan da çox maraqlı oldu. Burada alman izlərinin qorunub saxlanıldığını gördük. Uşaqların alman və azərbaycan dilində səsləndirdiyi nəğmələr bizdə xoş ovqat yaratdı. Ümumiyyətlə Göygölün təmiz və səliqəli bir şəhər olduğunu gördük.

Rayonla tanışlıq təxminən 150 il əvvəl alman Fürer qardaşları tərəfindən tikilən şərab zavodunda davam etdirilib. Burada qonaqlar istehsal prosesi ilə tanış olublar. Şərabları dekustasiya ediblər.

Rüstəm Soliev - Tacıkistanın Azərbaycandakı səfiri: Bu gün bir daha şahidlik etdik ölkənizdə tək paytaxt Bakı deyil bölgələrdə sürətli inkişaf edir. Ümidvarıq ki Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonrada inkişaf edəcək və Tacikistanla ikitərəfli əlaqlər daha da genişlənəcək.

Bert Şufs - Belçikanın Azərbaycandakı səfiri: Göygöl rayonunun gözəlliyi bizi valeh etdi. Burada bir çox yeniliklərin şahidi olduq. Göygöl şərab zavodunda istehsal olunan bu şərabların isə xüsusi yeri var.

Diplomatik korpusun nümayədələri Dövlət Rəmzləri Müzeyində, Bayraq meyadnında oldular. Füsünkar təbiəti olan Göygölə səfər ediblər.

 

Natiq Hüseyn