Samuxda günəbaxan sahələri bu il daha 500 ha artırılıb. Fermerlərin bu addımı ötən məhul ilinin yaxşı gəlir qazandırmasıdır. Bəs bu ilki gözləntilər ötən ilkini üstələyəcəkmi?
Əlvan Mövsümov - fermer: Ötən il 10 ha ərazidə əkmişdim. Bu il 15 ha ərazidə əkirəm. Alcılıq qabiliyyəti yaxşı olduğuna görə 5 ha artıq əkmişəm.
Samux rayonun Alabaşlı kənd sakini Əlvan Mövsümov artıq 5 ildir günəbaxan tumu əkir. O, ötən il əkdiyi günəbaxandan təxminən 15 min manata yaxın gəlir əldə edib. Bu da onu digər fermerlər kimi günəbaxan əkininə daha da həvəsləndirib.
Ötən il Samux rayonunda günəbaxan tumları əkən fermerlər hər hektara 600-800 manat xərc cəkib. Çəkdikləri xərcə görə də fermerlər hər hektardan 1000-1500 manat arası gəlir əldə edib. Gəlirin yüksək olması isə bu il Samuxlu fermerlərin günəbaxan tumları əkməyə olan marağını artırıb.
Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Artıq günəbaxan bazarındabir stabilləşmə, formalaşma gedir. Əkinçilər günəbaxanı səpəndə əvvəlcədən bilirlər ki, hansı tədarükçüyə satacaqlar və təxmini qiymətlər də məlumdu. Ötən ilki təcrübə göstərir ki, istehsalçılar məhsulun keyfiyyətindən asılı olaraq 1 kiloqramı 60 qəpikdən 1 manat 50 qəpiyə kimi satdılar.
Samuxlu fermerlər günə baxan tumlarının əkininə martın 20-dən başlayıb. Artıq fermerlər 1000 ha yaxın ərazidə günəbaxan tumu səpib. Səpini aparmaq üçün fermerlərin ixtiyarında 25 ədəd texnika var.
Bərxuda Zeynalov - mexanizator: Texnikalarımız saz vəziyyətdədir. Hava şəraitinə uyğun olaraq elə gün olur ki, 6-7 ha səprik. Günəbaxan tumlarının səpini 10 sm bir düşür. Toxumun yanından gübrədə səpilir.
Ötən il Samuxda 700 nəfərə yaxın torpaq mülkiyyətçisi 2 min 865 ha ərazidə günəbaxan tumu əkib. Mülkiyyətçilər hər hektardan 20 sentner olmaqla ümumilikdə 5886 ton məhsul əldə ediblər.
Elnur Vahidoğlu
- Baxış: 1342