• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 03.04.2019 15:54

Samuxda şəhid Fərman Əsədliyə həsr olunan filmin təqdimatı olub

KepezTV Player

“Aprel Fərmanı” – Samuxda təqdimatı keçirilən filmin adı belədir. Şəhid Fərman Əsədliyə həsr olunan ekran işi Aran film yaradıcılıq mərkəzi tərəfindən ərsəyə gətirilib. Aprel döyüşlərinin mülki şəhidinin həyat yoluna birgə nəzər salaq.

3 il öncənin aprelində cəbhədə vəziyyət gərginləşən zaman Fərman Əsədli qaynı Sadiq Əliyevlə birlikdə könüllü olaraq, ön xəttə yola düşür. Şəxsi avtomobili ilə Tərtər rayonuna yollanan könüllülərin məqsədi cəbhədə vuruşan əsgərlərə yardım aparmaq və əllərindən gələn köməkliyi göstərmək olub. Lakin onların olduğu maşın düşmənin atdığı artilleriya atəşinə tuş gəlir. Yaralanan şəxslər özləri Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlsələr də Fərmannın həyatını xilas etmək mümkün olmur. Ekran işində baş verənlər obrazlı formada təqdim edilir.

Şəhidin həyatı və igidliyindən bəhs edən filmin çəkilişlərinə fevral ayından başlanılıb. Şəhidin ailə üzvlərinin, yaxın qohumlarının, müəllimlərinin və sinif yoldaşlarının müsahibələrinin yer aldığı ekran işinin çəkilişləri Gəncə və Samuxda aparılıb.

Ssenari müəllifi Yasəmən Quliyeva, rejissorları Aydan Əhmədova və Tahir Əliyev olan filmin Samuxun Heydər Əliyev mərkəzində təqdimatı duyğulu anlarla yadda qalıb.