Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyən prezident İlham Əliyev Azərbaycan Ordusunun ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən anda istənilən vəzifəni icra edə biləcəyini xüsusi vurğulayıb.Dövlət başçısı deyib ki, son illərdə hərbi hissələrin əsaslı şəkildə yenidən qurulması, təlim prosesi üçün lazımi şəraitin yaradılması bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
"Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır.Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir". Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı deyib ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəsə də, rəsmi Bakı üçün bir münaqişə var - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi.
Prezidentin sözlərinə görə, danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Danışıqlar prosesində Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur.
Dövlət başçısı qeyd edib ki, haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də Azərbaycanın əlindədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir - sitatın sonu.
- Baxış: 317