• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 02.04.2019 10:02

Yeni nəsil Mitsubishi Outlander modeli belə olacaq

Mitsubishi Motors şirkəti Mitsubishi Engelberg Tourer konsept-karını Cenevrə avtosalonuna gətirib. O, Outlander krossoverinin 4-cü nəsil nümayəndəsi kimi təqdim olunub. Növbəti ildən satışda olacaq maşın İsveçrənin dağ-xizək kurortunun şərəfinə adlandırılıb. Onun fərqli faraları, horizontal kapotu, içəridə isə iri multimedia sistemli planşet var. Mitsubishi Engelberg Tourer konsepti hibrid güc sistemilə təchiz olunub. Generatoru 2,4 litrlik benzin mühərrik fırladır, təkərlər isə iki elektromotorun hesabına hərəkətə gəlir. Adi motorun təkərlərlə heç bir əlaqəsi yoxdur. Amma yüksək sürət zamanı bu motor ön təkərlərə güc ötürür. Engelberg Tourer bir dəfəlik enerji yığmaqla elektriklə 70 kilometr məsafə qət edə bilir. Ümumi gediş ehtiyatı isə 700 kilometrə çatır.