• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 01.04.2019 15:06

Baramaçılığın inkişafında beynəlxalq təcrübə

KepezTV Player

Kənd təsərrüfatının ənənəvi sahələrindən sayılan baramaçılıq və ipəkçilik aqrar elm sahəsində çalışan alimlərin qarşısında konkret vəzifələr qoyur. Heyvandarlıq Elmi Tədqiqat İnstitunun əməkdaşları da bu sahədə bir sıra elmi uğurlara imza atmağa çalışaraq yeni növ barama cinslərini yetişdirməyə çalışır.
 

Sevda Əliyeva - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işçisi: Yemləmə qabağı bəzi hazırlıq işləri görürük. Hazırlıq işləri əsasən qutuların hazırlanmasıdır. Bu qutu inkubasiya toxum tökmək üçün düzələn ən kiçik ölçülü qutulardı. İnkubasiya vaxtı artıq bu qutular hazır olduğu üçün onlara toxum tökürük inkubasiya dövrü isə 10 gün davam edir.

Bu müddətdə 1000-ə yaxın toxum qurdları həmin qutularda qalır. Toxumda dirilmə əlamətləri göründükdən sonra qurdun yemə olan təlabatı artır və ona görədə qurdlar daha iri həcimli qutulara köçürülür. Ümümilikdə isə ardıcıl olaraq bu proses 1 ay davam edir. Həmin müddət başa çatdıqdan sonra tut ipək qurdaları şaxa verilir. Şaxa verilən qurdlar üzərində elmi təcrübələrə başlanılır. Ötən il laboratoriyanın elmi işçiləri tərəfindən baram qurdları üzərində aparılan təcrübələr isə müsbət nəticə verir.

Qafar Məmmədov - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri: Ötən illərdə biz mövzu planı üzrə təcrübələrimizi aparmışıq. Burada canlı kalleksiyanı saxlamaq digər təcrübədə isə əlverişsiz mühit şəraitinə dözümlü cins və hibridlərin yaradılması və sınağı işləri aparılır. İş bu il yekunlaşacaq. Ətraf mühitin əlverişsiz şəraitinə dözümlü hibridlərdən seçilib, dövlət sort sınaq komissiyasına veriləcəkdir.

Laboratoriyanın elmi işçiləri öz təcrübələrini artırmaq üçün beynəlxalq təlimlərdə də iştirak edir. Hindistanın Maysur şəhərində 15 respublikadan 30 nümayəndənin qatıldlğı 1 aylıq təlimə institutun elmi işçisi də qatılıb.

Nüranə Qəmbərova - kiçik elmi işçi: Kümçülərin kümxanalarına getdik. Bir neçə şəhərlərdə olduq. İpək qurdunun müxtəlif üsullarla yetişdirilməsi ilə tanış olduq. Həmçinin onların yem bazasının necə çoxaldılması, düzgün qulluq göstərilməsi və ipəkqurduna düzgün verilməsi üsullarını öyrənirik. Öyrəndiyimiz bilik və təcrübələri artıq ipəkqurdu üzrə elmi işlərimizdə tətbiq etməyə başlamışıq.

Hazırda Heyvandarlıq Elmi Tətqiqat İnstitutunun baramaçılıq laboratoriyasında 82 tut ipəkqurdu cinsi üzərində elmi təcrübə aparılır. Bu cinslərdən 50-i yerli, 32 isə xaricdən gətirilənlərdir. Yerli cinslərin çoxu isə laboratoriyanın elmi işçiləri tərəfindən yaradılıb.

 

Elnur Vahidoğlu