Qarşıdakı sujetimiz Gəncə məktəblərində hərbi hazırlığın tədrisinə həsr edilib. Şagirdlərə “Gənclərin çağırışaqədər hazırlığı” fənni necə aşılanır, səmərəli təlim metodlarının tətbiqi dərsə marağı artırırmı” suallara cavabı Xaliq Qurbanlı tapıb. İzləyək.
Hazırda şəhər məktəblərində gələcəyin əsgərlərini formalaşdırmaq üçün hərbi hazırlıq dərslərinin tədrisi və hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması diqqət mərkəzindədir. Təşkil edilən “Cəsurlar” və “Şahinlər” hərbi-idman oyunları il ərzində şagirdlərə aşılananların nümayişinə hesablandığından nəticələrin qənaətbəxş olmasına çalışılır. Şagirdlərin hərbi hissələrdə praktiki məşğələlərə qatılması da müharibə şəraitində yaşayan Azərbaycanın gələcək əsgərinin orta məktəbdən silah və sursata dərindən yiyiələnməsinə imkanı verir.
Laura Zeynalova - şagird: Bizə hərbi dərslər nəzəri cəhətdən yaxşı keçirlər. Biz dərslərdə silah-sursatı daha dərindən öyrənməyə çalışırıq.
Hüseyn Vəliyev - şagird: Mənim çox böyük həvəsim var hərbi dərslərə. Hərbi müəllimiimiz bizə avtomatın sökülüb, yığılması ilə geniş məlumat veirir. Mən gələcəkdə hərbiçi olmaq istəyirəm.
Vüsal Abbasov - şagird: Biz bilmədiyimiz texnikalar haqqında məlumatlanırıq. Əlehiqaz məşqlərini mütamadi keçiririk. Bu sirlərə indidən yiyiələnməklə bizə gələcəkdə daha asan olacaqdır. Mən gələcəkdə Azərbaycan zabiti olmaq istəyirəm.
Bu məqsədlə məktəblərin lazımı avadanlıqlarla, inventarlarla, plakat və lövhələrlə təmin edilməsini də qeyd etmək lazımdır. Deyilənlərin əyani formada göstərilməsi və izahının verilməsi şagirdlərdə tədrisin keyfiyyətini yüksəltməklə əldə etdikləri bilikləri daha da möhkəmləndirməyə imkan verir.
Səfər Hüseynov - 39 nömrəli məktəbin hərbi rəhbəri: Biz bu dərslərin bəzilərini hərbi hissəil razılaşdıraraq əsgər yataqxanasına, yeməkxanasına baxış, qida rasionu.Hərbi hissənin döyüş bayrağı, onun quruluşu, mühafizəsi biz mütamadi olaraq bu dərsləri keçirik.
Gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunması və hərbi dərslərin yüksək səviyyədə keçirilməsində təşkil edilən görüşlərin də rolu az deyil. Gəncə şəhəri Əfqanıstan Müharibə Veteranlar içtiami birliyinin nümayəndələrinin bu məqsədlə məktəblərdə təşkil etdiyi mütamadi görüşlər həm də qəhrəman döyüşçülərin keçdikləri şərəfli döyüş yolu barədə məlumatlılığı da artırır.
Elbrus Allahverdiyev - Gəncə Şəhəri Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri: Gənclərin vətənpərvər ruhda böyüdülməsi, xalqımıza, vətənimizə sevgi aşılamaq, veteranların döyüş yollarına nəzər salmaq kimi mövzuların məktəblilərə görüşdə səsələndirilməsi vacib amillərdir. Bizdə bu kimi görüşlərdə vətənin işğal altnda olan torpaqların azad olunmasında onlarla bir yerdə olduğumuzu təbliğ edirik.
Hazırda şəhər məktəblərində hərbi dərsləri tədris edən 45 müəllim var ki, onlar da mütəmadi olaraq ixtisasartırma kurslarında iştirak edirlər.
- Baxış: 599