Üzümçü fermerlər yenidən ADAU-da bir araya gəlib. Bu dəfə “Azərbaycanda üzümçülüyün innovativ becərmə texnologiyası və qarşıda duran problemlər” müzakirə edilib. Cəlilabad, Tərtər, Goranboy, Samux, Şəmkir və Qazaxdan olan üzümçü fermerlərə son zamanlar müxtəlif ölkələrdən gətirilərək, həmçinin respublikamızın müxtəlif bölgələrində yayılan yerli və introduksiya olunan üzüm sortlarının elmi əsaslar tətbiq olunmadan, sınaqdan keçirilmədən bəzi fermer və şəxsi təsərrüfatlarda əkilməsi halları müşahidə olunduğu xatırladılıb. Üzükçülükdə əkin materialı çatışmazlığı, onun yaratdığı fəsadlar və aradan qaldırılması yolları, yerli ting bazasının olmaması səbəbindən yeni üzümlüklərin salınması üçün əkin materialının xaricdən gətirilməsinin yerli sortları sıxışdırılması ətrafında danışılıb. Seminarda fermerlərin qaldırdığı suallar cavablandırılıb.
- Baxış: 341