![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/lamborghini_20.jpg?itok=imRDT4EK)
Adına Evo əlavə olunan Lamborghini Huracán, Spyder versiyasında təqdim olunub. İkiqapılının arxa təkərləri dönə bilir və çəkmə vektorluğu isə bütün təkərlərin üzərinə düşür. Huracán Performante-dən atmosfer V10 motoru qazanan maşın elektrohidravlik ötürücülü yumşaq damı ilə fərqlənir. Onu maksimum 50 km/saat sürət zamanı 17 saniyəyə açmaq və ya bağlamaq olar. Rodsterin kapotunun hava qəbulediciləri var. Belədə maşının üstü açıq olan zaman hava müqaviməti aşağı düşür. Huracán Evo Spyder-lə eyni vaxtda modelin 4 qatlı Verde Selvans adlı yaşıl rənglə boyadılmış kuzov versiyası da debüt edib. Kupenin salonu dəri və alkantardan işləmələrlə bəzədilib. Burada bir neçə staylinq paket və firmalı Carbon Forged Composite-dən dekorativ panellər də gözə çarpır. Lamborghini Huracán Evo Spyder 5,2 litrlik mühərriklə hərəkətə gəlir. 640 at gücü ilə superkar “yüzü” 3.1 saniyəyə yığır. Maksimal sürətsə 325 km/saatdır. Tam ötürücülü rodster 7 pilləli robotlaşdırılmış sürət qutusuna malikdir. Huracán Evo Spyder-in Avropada ilk partiyası yaxın zamanlarda peyda olacaq. Qiymət isə 202 437 avrodur.
- Baxış: 692